EN

2025-ci il üçün “Vergitutma” indikatoru üzrə yeni Yol Xəritəsi təsdiq edilib

Bakı. Trend:

Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma”indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin vəkommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə YolXəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyatərəfindən təsdiq edilib.

Trend-ə bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, Yol Xəritəsinə əsasən, vergi öhdəliyininəvvəlcədən müəyyənləşdirilməsi barədə müraciətlər mexanizmininstimullaşdırılması, bununla bağlı müraciətlər və qəbul edilmişqərarlarla bağlı məlumatların şəffaflığı və əlçatanlığının təminolunması üçün hesabatlılığın təkmilləşdirilməsi istiqamətindəişlərin görülməsi nəzərdə tutulur. Bununla yanaşı, ekolojivergilərin, o cümlədən karbon qiymətqoyma mexanizmlərinin əhatədairəsinin müəyyən edilməsi məqsədilə beynəlxalq təcrübəninöyrənilməsi və hazırlanmış icmalın Komissiyaya təqdim olunmasıplanlaşdırılır.

İl ərzində mikrosahibkarlar üçün əvvəlcədən doldurulmuşsadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təminedilməsi, avtomatik doldurulmuş vergi bəyannaməsi sisteminəmərhələli keçidin tətbiqi, eləcə də "Biznes mühitini və vergiyükünü araşdır" və "Vergitutma rejiminin seçimi" adlı yeni elektronxidmətlərin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, “Vergitutma” sahəsində müvafiq yol xəritəsininhəyata keçirilməsinə məsul “Vergi və hesabatlılıq” İşçi qrupunaDövlət Vergi Xidməti rəhbərlik edir.

Yol Xəritəsi ilə aşağıdakı link vasitəsilə tanış olmaqmümkündür:
https://www.taxes.gov.az/uploads/2025/strategiya/2025.pdf

Chosen
51
6
az.trend.az

7Sources