EN

Azərbaycan yığmasının keçmiş futbolçusu: Milli komandaya inkişaf üçün vaxt lazımdır

Bakı, 6 mart, AZƏRTAC

“Ötən il Azərbaycan idmanı üçün uğurlu keçdi”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında 2024-cü ilin idman səfiri, veteran futbolçu İlqar Qurbanov deyib

O, ötən il idmanın təbliğatı üçün uğurlu tədbirlər keçirildiyini bildirib: “Daha çox “İdman paytaxtı” olan Qubada tədbir təşkil olundu. Mən də bir il idman səfiri kimi fəaliyyət göstərdim. Həqiqətən də bu kollektivdə olmaq möhtəşəm idi. Azərbaycan idmanı adına uğurlu nəticələr qazandıq. İdmançılarımız “Paris-2024” Yay Olimpiya Oyunlarında bizi sevindirməyi bacardılar. Futbolda da klub səviyyəsində “Qarabağ”ın tarixi matçları oldu. Məqsədimiz gənclərə dəstək olmaq və idmanı ölkəmizdə təbliğ etməkdir. Yeni ildə azərbaycanlı idmançılara uğurlar arzulayıram”.

Hazırda Azərbaycan millisində idman direktoru vəzifəsində çalışan İ.Qurbanov yığmanın dünya çempionatının seçmə mərhələsindəki şanslarını da dəyərləndirib: “Bu barədə baş məşqçi Ferandu Santuş geniş danışıb. Hər bir halda, yaxşı oyun nümayiş etdirmək lazımdır. İnkişaf etmək üçün milli komandaya vaxt lazımdır”.

Chosen
29
azertag.az

1Sources