EN

ABŞ bu silahları Ukraynadan geri qaytardı -ŞOK İDDİA

Sky News xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Kiyevə hərbi yardımı dayandırmaq qərarından sonra Ukraynaya Amerika silahları daşıyan təyyarələr havada çevrilib.

Vətəninfo.az xəbər verir ki, hərbi rəsminin sözlərinə görə, “Ukraynaya gedən təyyarələr əmr aldıqdan sonra geri qayıdıblar”.

Xarici KİV-in məlumatına görə, Ukrayna ilə sərhəddən 80 kilometr aralıda yerləşən Polşanın Rzeşov hava limanında Amerika hərbi-nəqliyyat təyyarələrinin fəaliyyəti xeyli azalıb. Beləliklə, martın ilk günlərində ABŞ-dan heç bir uçuş eniş etmədi.

Bundan əvvəl Pentaqon Ukraynaya hərbi təchizatı dayandırdığını elan edib və ABŞ kəşfiyyatı da Ukrayna silahlı qüvvələri ilə məlumat mübadiləsini dayandırıb.

Bundan əlavə, Tramp administrasiyası Ukraynanın HIMARS və uzaq mənzilli raket buraxılışları üçün hava hücumu xəbərdarlığı və hədəf təyinetmə sistemlərini dayandırıb.

Chosen
53
veteninfo.az

1Sources