EN

İranda çoxarvadlı kişilərin sayı

"İranda rəsmi qeydə alınmış çoxarvadlı kişilərin sayı 300 min nəfərə çatıb".

Demokrat.az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, bunu İranın idman və gənclər nazirinin müavini Əlirza Rəhimi deyib.

Onun sözlərinə görə, çoxarvadlılıq daha çox Kerman, Sistan və Bəluçistan, Gülüstan, Kürdüstan və Cənubi Xorasan əyalətlərində qeydə alınıb.

Nazir müavini vurğulayıb ki, böyük şəhərlərdə və modern bölgələrdə bu hala az rast gəlinir, çünki həmin yerlərdə çoxarvadlılıq cəmiyyət tərəfindən yaxşı qarşılanmır.

Chosen
55
5
demokrat.az

8Sources