EN

Rusiya: Makron ən geci 2027-ci ilə qədər yox olacaq

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media hesabında Rusiyanı Avropa və Fransa üçün təhlükə yaratmaqda ittiham edən Emmanuel Makrona cavab verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Makronun adını "Mikron" olaraq yazan Medvedev "Mikronun özü təhlükə yaratmır. O, ən geci 2027-ci il mayın 14-də əbədi olaraq yoxa çıxacaq və gözdən qaçmayacaq" deyib.

Dünən xalqa müraciətində Makron Rusiyanın 2030-cu ilə qədər ordusunu 3 min tank və 300 döyüş təyyarəsi ilə daha da genişləndirməyi, 40 milyard avrodan çox xərcləməyi planlaşdırdığını və bunun Avropanın təhlükəsizliyinə təhdid olaraq qaldığını bildirib.

Chosen
8
1
operativmm.az

5Sources