EN

AGF nümayəndəsi: "Ümidvaram ki, gimnastlarımız Dünya Kubokunda əllərindən gələnin ən yaxşısını edəcəklər"

Ümidvaram ki, idmançılarımız əllərindən gələnin ən yaxşısını edəcəklər.

"Report" xəbər verir ki, bunu idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndəsi Fatimə Şəfizadə deyib.

O, yarışla bağlı ümumi fikirlərini bölüşüb:

"Dünyanın müxtəlif ölkələrindən həm kişi, həm də qadın gimnastlar yarışacaqlar. Olimpiadadan sonrakı il olduğu üçün 19 ölkə kifayət qədər yaxşı göstəricidir. Oksana Çusavitina kimi tanınmış gimnastlar Bakıdadır".

AGF nümayəndəsi şansları dəyərləndirib:

"Bu idmandır. Ümidvaram ki, idmançılarımız əllərindən gələnin ən yaxşısını edəcəklər. Ən əsası odur ki, yarışda zədəsiz və sağlam şəkildə iştirak etsinlər".

Qeyd edək ki 19 ölkə gimnastlarının qatıldığı Dünya Kubokuna martın 9-da yekun vurulacaq. Yarışda Azərbaycanı Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edəcəklər. Yekunda ən yüksək icra xalını toplayan gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Chosen
13
report.az

1Sources