EN

Millimiz 1-ci səbətdə

Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasiminin vaxtı dəqiqləşib.

“Football-plus.az" xəbər verir ki, mərasim martın 12-də keçiriləcək.

Tədbirdən əvvəl 32 komanda dörd səbətə bölünüb. Mundialın əsas favoritlərindən sayılan Azərbaycan millisi 1-ci səbətdə yer alıb. Bildirilib ki, püşkatma mərasiminin yeri və başlama vaxtı haqda daha sonra məlumat veriləcək.

Püşkatma üçün səbətlərin tərkibi:

1-ci səbət: Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya, Slovakiya, Azərbaycan;

2-ci səbət: Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritanıya, Qana;

3-cü səbət: İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina, Tailand, BƏƏ, Çad, İspaniya, Sloveniya;

4-cü səbət: Polşa, Hindistan, Türkiyə, Kosta Rika, İsrail, Bəhreyn, Özbəkistan, Argentina.

Chosen
72
5
football-plus.az

7Sources