EN

İmsakda bu qidadan istifadə etməyin – Bütün gün ac qalmağın səbəbi imiş

İmsakda bu qidadan istifadə etməyin –

Ramazan ayında düzgün qidalanmaq oruc tutanlar üçün çox vacibdir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, diyetoloq Hande Dəmir bildirir ki, imsakda xəmir, tort, pirojna və bulka kimi ağır karbohidratlar əvəzinə, pendir, yumurta, göyərti və lifli çörəyə üstünlük verilməlidir. Bu, uzun müddət tox qalmağa kömək edir və gün ərzində həzmsizlikdən qoruyur.

İftarda isə yeməyə yüngül və nəzarətli şəkildə başlamaq tövsiyə olunur. Xurma və zeytun kimi qidalarla açılan oruc, şorba və sobada bişmiş yeməklərlə davam etdirilməlidir. Sürətli yemək yeməmək, şirniyyat olaraq isə meyvəli və süd əsaslı desertlərə üstünlük vermək məsləhətdir.

Dəmir həmçinin qeyd edir ki, yeməklər yavaş yeyilməlidir. Beyin toxluq siqnalını 15-20 dəqiqəyə göndərdiyindən, tələskənlik həddindən artıq yeməyə və çəki artımına səbəb ola bilər. Maddələr mübadiləsinin yavaşlamaması üçün balanslı və nizamlı qidalanmaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Chosen
21
e-saglam.az

1Sources