Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətindən bildiriblər ki, bu ilin yanvarında su elektrik stansiyalarında (SES) elektrik enerjisi istehsalı 6 310 497 kVt-saat təşkil edib.
"Günəş elektrik stansiyalarında (GES) isə bu rəqəm 3 186 783 kVt-saat olub. Ötən ay isə bu rəqəmlər müvafiq olaraq SES-lərdə 5 861 628, GES-də isə 4 306 938 kVt-saat olub", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən il hesabat dövrü ərzində alternativ və bərpaolunan enerji mənbələrində 235 909 206 kVt/saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb. Bu, stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 48,7%-ni təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31