EN

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Gürcüstan İctimai İşlər İnstitutunun jurnalistika proqramına təqaüdlə qəbul dayandırılıb

Azərbaycanlı tələbələrin də təhsil aldığı Gürcüstan İctimai İşlər İnstitutunun (GİPA) multimedia jurnalistikası və media menecmenti üzrə magistratura proqramına təqaüdlə qəbul dayandırılıb. Məlumatı proqramın hazırki tələbəsi Cavid Əhmədov Facebook səhifəsində paylaşıb.

Əhmədovun yazdığına görə, hazırki tələbələrin təqaüdü artıq bir aydır kəsilsə də, bu ildən etibarən proqrama təqaüdlə qəbul da tamamilə dayandırılıb. Universitetdən verilən məlumata görə, bu müddət ərzində ABŞ Dövlət Departamentində proqramın maliyyələşdirilməsinin dəyərləndirilməsi aparılıb, dəyərləndirilmənin nəticəsi mənfi olduqda isə bu qərar verilib. Hazırki tələbələr isə bundan sonra öz təhsil haqlarını və yaşayış xərclərini özləri qarşılamalı olacaqlar.

GİPA-nın jurnalistika proqramı 2001-ci ildən fəaliyyət göstərir. “Magistratura proqramı tələbələri həm Gürcüstanda, həm də regional və beynəlxalq səviyyədə multimedia jurnalistikası, media menecmenti və rəqəmsal kommunikasiya sahələrində effektiv işə hazırlayır”, - deyə universitetin saytında bildirilir.

Proqramda Azərbaycan və Ermənistandan olan tələbələr ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi təqaüdlə təhsil ala bilirdi.Tələbələrin seçimləri bu ölkələrdəki ABŞ səfirlikləri vasitəsilə aparılırdı.

 Yanvarın 20-i ABŞ Prezidenti Donald Tramp prezident kimi fəaliyyətə başladığı ilk gündə ABŞ-ın xarici inkişaf yardımının milli maraqlara uyğunluğunu yoxlamaq üçün yardımın 90 gün müddətinə dayandırılması haqda icra sərəncamı imzalayıb.

visiontv.az



Chosen
34
visiontv.az

1Sources