UEFA Çempionlar Liqasında həftənin oyunçusu mükafatına namizədlər açıqlanıb.
Oxu.Az xəbər verir ki, bunlar Rodriqo ("Real Madrid"), Harri Keyn ("Bavariya"), Martin Odeqard ("Arsenal") və Alissondur ("Liverpul").
Rodriqo "Atletiko Madrid"lə görüşdə (2:1) fərqlənib, Keyn "Bayer Leverkuzen"ə qarşı (3:0) dubl edib, Odeqard PSV ilə matçda (7:1) iki qol vurub və məhsuldar ötürmə edib. Alisson isə PSJ ilə qarşılaşmada (1:0) "Liverpul"un qapısını toxunulmaz saxlayıb və 9 seyv edib.
"Cebheinfo.az"