EN

Moskvada beynəlxalq konfransda folklorşünas alimin məruzəsi dinlənilib

Bakı, 6 mart, AZƏRTAC

Moskvada hibrid formatda keçirilən “Filologiya elmlərinin tarixi və müasirlik” XVIII Vinoqradov qiraətləri beynəlxalq konfransında AMEA Folklor İnstitutunun əməkdaşı dosent Şakir Albalıyev “Ramazan bayramı: ritual-mifoloji əsaslar və etnomədəni semantika” mövzusunda məruzə edib.

AZƏRTAC xəbər verir ki, məruzəçi özünüifadə modeli olan Ramazan ayının mifoloji əsası, etnomədəni sistemdə yeri, özünəməxsusluğu haqqında ətraflı məlumat verib. O, Ramazan bayramının etnososial akt olduğunu və oruc tutmanın etnomədəni birgəliyi ifadə etdiyini vurğulayıb.

Konfrans təşkilatçıları məruzəçini Ramazan ayı münasibətilə təbrik edərək gələcək əməkdaşlıqla əlaqədar təkliflərini bildiriblər. Məruzələrin nəşri nəzərdə tutulub.

Chosen
14
azertag.az

1Sources