“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 1/8 finalının “Benfika” ilə ilk oyununda 1:0 hesablı qələbəni şərh edib.
Arena.az məlumat verir ki, 22-ci dəqiqədən etibarən azlıqda qalmış “Barselona”, 61-ci dəqiqədə “blauqrana”nın braziliyalı cinah hücumçusu Rafinyanın vurduğu yeganə qol sayəsində vacib səfər qələbəsini bayram edib.
Flik matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Mən öz komandamla çox fəxr edirəm. 22-ci dəqiqədən sonra, biz azlıqda ikən, biz “Barselona”nın ifasında əla oyun izlədik. Səbəb? Bizim qapıçımız (polyak qapçı Voyçex Şesnı – redaktorun qeydi) əla oynadı. Biz vahid bir tam kimi, sadəcə olaraq gözəl oynadıq”, – “Marca” nəşri alman mütəxəssisdən sitat gətirir.
Cavab oyunu çərçivəsində “blauqrana” “qartallar”ı martın 11-də Barselonada qəbul edəcək.