Bir müddət əvvəl üz iflici keçirən usta sənətçi İlyas Salmanın son halı ortaya çıxıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sənətçi Mədəniyyət və Turizm Nazirliyinin qadağan etdiyi "Səsinizə gəldik" filminin çəkiliş qrupunun təşkil etdiyi mətbuat konfransında görüntülənib.
Sənətçi konfransda jurnalistlərin suallarını cavablayıb. Onun yavaş-yavaş yaxşılaşdığını görən sənət dostları onu hörmətlə qarşılayıb.