EN

Hərbi Hava Qüvvələri təlim zamanı kəndi bombaladı -Ölənlər var

Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə döyüş təlimi zamanı Pocheon şəhəri yaxınlığındakı kəndə təsadüfən bomba atıb və nəticədə xəsarət alanlar olub.

Vətəninfo.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bundan əvvəl Poçeon şəhəri yaxınlığındakı İdonq qraflığında kəndə artilleriya mərmisi və ya bombanın düşməsi nəticəsində 7 nəfərin yaralandığı bildirilirdi.

Onu da əlavə edək ki, Cənubi Koreya ilə ABŞ arasında hərbi hava qüvvələri, quru qoşunları və ölkədə yerləşən ABŞ hərbçilərinin iştirakı ilə birgə hərbi təlimlər keçirilir.

Chosen
73
veteninfo.az

1Sources