EN

Rusiyadan proqnoz: Makron bu tarixdə əbədi yox olacaq!

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanı Avropa və ölkəsi üçün təhlükə yaratmaqda ittiham edən Fransa prezidenti Emmanuel Makrona sərt reaksiya verib.

Publika.az xəbər verir ki, Medvedev məsələ ilə bağlı sosial media hesabından paylaşım edib.

O, paylaşımında Makronun adını "Mikron" olaraq yazıb: "Mikronun özü təhlükə yaratmır. O, ən geci 2027-ci il mayın 14-də əbədi olaraq yoxa çıxacaq və heç axtarılmayacaq".

Qeyd edək ki, Makron dünən xalqa müraciətində Rusiyanın 2030-cu ilə qədər 40 milyard avrodan çox xərcləyərək ordusunu daha da genişləndirməyi planlaşdırdığını və bunun Avropanın təhlükəsizliyinə təhdid yaratmağa davam etdiyini bildirmişdi.

Chosen
36
1
publika.az

5Sources