EN

“Bavariya”nın qapıçısı qolu qeyd edərkən zədələnib

Bakı, 6 mart, AZƏRTAC

Almaniyanın “Bavariya” komandasının qapıçısı Manuel Noyer zədələnib.

AZƏRTAC xəbər verir ki, təcrübəli qolkiper Çempionlar Liqasının 1/8 final mərhələsində “Bayer”lə (Leverkuzen) ilk oyunda rəqib qapısına vurulan qolu qeyd edərkən sağ ayağının baldır nahiyəsindən xəsarət alıb. Əzələsi dartılan 38 yaşlı qapıçı yerini 58-ci dəqiqədə Yonas Urbiqə verib.

Tibbi müayinədən sonra Manuel Noyerin təqribən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bəlli olub.

Qeyd edək ki, “Bavariya” – “Bayer” matçı Münhen təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Chosen
12
2
azertag.az

3Sources