EN

Mühafizəçiyə də hökm oxundu

Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Turkustan.az oxu.az-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində mühafizəçiyə hökm oxunub, ona 2 il şərti cəza təyin edilib.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevlə "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident 2024-cü ilin iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N.Paşayevaya dəyərək, xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.

Chosen
52
13
turkustan.az

10Sources