FIFA bu il keçiriləcək U-17 dünya çempionatı ilə Ərəb Millətlər Kubokunun tarixini və yerini təsdiqləyib.
Msport.az xəbər verir ki, hər iki turnir Qətərdə təşkil olunacaq.
Mundial noyabrın 3-dən 27-dək, Millətlər Kuboku isə dekabrın 1-dən 18-dək təşkil olunacaq.
Millətlər Kubokunda ərəb dünyasının 16 ən yaxşı komandası iştirak edəcək. Gənclər arasında dünya çempionatı isə ilk dəfə geniş formatda təşkil olunacaq: 48 milli komanda 25 gün ərzində 104 qarşılaşma keçirəcək.