EN

Ankara Ukraynaya sülhməramlılar göndərmək məsələsini nəzərdən keçirməyə hazırdır

Türkiyə əsgərləri sülhməramlı missiya çərçivəsində Ukraynaya göndərilə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Müdafiə Nazirliyi hələ də Rusiya və Ukraynanın bərabər şəkildə təmsil olunması ilə ədalətli və davamlı sülhün əldə oluna biləcəyinə inanır.

Türkiyə regionda sülhün bərqərar olmasına və Ukraynanın yenidən qurulmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcək.

Chosen
11
operativmm.az

1Sources