EN

Ağır cəzadan qaça bilmədi

Paulu Fonseka gözlənilən aqibətlə üzləşib.

“Lion”un baş məşqçisi ağır cəzaya layiq görülüb. Liqa 1-in mətbuat xidmətinin yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis 9 ay müddətinə futboldan kənarlaşdırılıb. Fonseka Liqa 1-in 24-cü turunun “Brest”lə matçının son dəqiqələrində mümkün penalti epizodunu yoxlamaq üçün VAR-a yaxınlaşan hakim Benua Miyoya sərt reaksiya göstərmiş, referi Fonsekanı qırmızı vərəqə ilə cəzalandırmışdı. Baş məşqçi isə daha da əsəbiləşərək hakimə hücum etmişdi.
Ona 9 ay ərzində paltardəyişmə otağına daxil olmaq və futbol fəaliyyəti ilə bağlı rəsmi tədbirlərə qatılmaq da qadağan olunub.

Xatırladaq ki, Fonseka “Lion”a yanvarın 31-də baş məşqçi təyin olunub.

Chosen
29
football-plus.az

1Sources