EN

"Avropa çempionatında ən yüksək səviyyədə iştirak etməyə çalışacağıq" - Elçin Məsiyev

FİFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alması haqda danışıb.

"Football-plus.az" xəbər verir ki, o, AFFA-nın saytına açıqlamasında vəzifəsini yüksək səviyyədə yerinə yetirmək üçün əlindən gələni edəcəyini deyib:

“Çox sevincliyik, olduqca vacib təyinatdı. Bu, A millilərin Avropa çempionatından sonra UEFA-nın milli səviyyəsində ən böyük ikinci turniridi. Bildiyiniz kimi, ötən ilin dekabrında 1-ci kateqoriyaya yüksəldim. Bu səbəbdən qısa müddətdə belə mötəbər yarışa təyinat alacağımı gözləmirdim. Bu, bizə güvəndiklərini göstərir. Bu amil ikiqat sevindiricidir. Avropa çempionatında ən yüksək səviyyədə iştirak etməyə çalışacağıq. Hədəfimiz uğurlu idarəçilik etmək və final matçına təyinat almaqdı".

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə təşkil olunacaq.

Chosen
71
11
football-plus.az

10Sources