EN

Qırğızıstan və Qətər turizm əlaqələrinin gücləndirilməsini müzakirə edib

BAKI,TurkicWorld

Dohada Qırğızıstanın səfiri Marat Nurəliyev Qətərin turizm sektorunun rəhbəri Saad bin Əli Əl-Xarci ilə görüşüb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, görüş zamanı tərəflər 2014-cü ildə Qırğızıstan və Qətər arasında turizm sektorunda əməkdaşlığa dair imzalanmış memorandum çərçivəsində turizm əlaqələrinin gücləndirilməsi yollarını müzakirə ediblər.

Bundan əlavə, tərəflər hər iki ölkənin turizm şirkətlərinin iştirakı ilə qarşılıqlı turizm tədbirlərinin təşkili imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün nəticəsi olaraq tərəflər danışıqlar zamanı əldə olunmuş məsələlərin gələcəkdə də həyata keçirilməsi üçün sıx təmasda olmaq barədə razılığa gəliblər.

Bu addımlar hər iki ölkənin turizm sektorunda inkişafı sürətləndirmək, beynəlxalq turizm bazarında rəqabətqabiliyyətli olmaq və turist axınını artırmaq məqsədi daşıyır.

Chosen
46
turkic.world

1Sources