2025-ci ildə Qətərdə FIFA-nın bayrağı altında 2 mötəbər yarış baş tutacaq.
Offsideplus.az xəbər verir ki, adıçəkilən ölkədə 3-27 noyabr aralığında yeniyetmələr arasında dünya çempionatı, 1-18 dekabr aralığında isə Ərəb Millətlər Kuboku keçiriləcək.
Xüsusilə dünya çempionatı geniş miqyasda olacaq. Çünki turnirdə ilk dəfə olaraq, 48 kollektiv mübarizə aparacaq.,25 gün ərzində 104 oyun baş tutacaq.
Ərəb Millətlər Kubokunda isə 16 yığma qüvvəsini sınayaaq.
Xatırladaq ki, Qətər 2022-ci ildə ilk dəfə böyüklər arasında futbol üzrə dünya çempionatını qəbul edib. Həmçinin bu ölkədə 2021-i ildə Ərəb Millətlər Kuboku, 2023-cü ildə Asiya Kuboku yarışları gerçəkləşib. FIFA 2033-cü ilə qədər Qətərdə daha 5 beynəlxalq turnir keçirməyi planlaşdırır.