EN

AZAL bayramlarla əlaqədar Naxçıvan istiqamətində biletləri əvvəlcədən almağı tövsiyə edir

Bakı. Trend:

Novruz və Ramazan bayramları ərəfəsində və tətil günlərindəBakıdan Naxçıvana və əks istiqamətdə olan uçuşlara tələbat ənənəviolaraq artır. Bu səbəbdən Azərbaycanın milli aviadaşıyıcısı AZALsözügedən dövr ərzində səyahət etməyi planlaşdıran sərnişinlərəaviabiletləri əvvəlcədən əldəetməyi tövsiyə edir.

Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının artmasıilə müşayiət olunur və populyar istiqamətlərə biletlər daha tezsatılır. Sərnişinlərə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ən uyğunuçuş vaxtını seçmək və səyahəti daha komfortlu etmək məqsədiləaviabiletləri öncədən almaq məsləhət görülür.

Zərurət yaranarsa, bu istiqamət üzrə uçuşların sayı artırılacaqki, bu da sərnişinlərə rahat səyahət imkanı yaradacaq.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobiltətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Məqalədə:
Chosen
47
41
az.trend.az

10Sources