EN

Yaşıllığa ziyan vuran şəxs 2200 manat məbləğində cərimələnib

Xırdalan şəhəri Qalubiyyə küçəsi 39 ünvanında bir tut ağacının kəsilməsi, iki ağac tinginin və bir kolun başqa əraziyə köçürülməsi faktları müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xırdalan şəhəri Qalubiyyə küçəsi 39 ünvanında bir tut ağacının kəsilməsi, iki ağac tinginin və bir kolun başqa əraziyə köçürülməsi faktları müəyyən edilib.

Bu barədə Operativ Media-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat verib.

Xidmət rəsmisi Asif Məcidov bildirib ki, araşdırma zamanı ağac kəsintisinin və köçürülmənin iş icraçısı Zöhrab Əliyev  tərəfindən qanunsuz həyata keçirildiyi məlum olub. 

“Faktla  bağlı qanun pozucusu Z.Əliyev barəsində protokol tərtib edilib və o, 2200 manat məbləğində cərimələnib”.

Chosen
32
6
operativmedia.az

7Sources