EN

Münhendən Parisə üz tuta bilər

Yozua Kimmixin mövsümün sonunda “Bavariya”dan ayrılmaq ehtimalı çoxdu.

O, Münhendən Parisə üz tuta bilər. Belə ki, PSJ alman futbolçunu hədəfə alan klubların sırasına qoşulub. Fransa nəhənginin artıq Yozuanın agenti ilə əlaqə qurduğu da məlumdu.

Parislilər futbolçuya 4 illik müqavilə təklif ediblər. Bunu “Sky Sport” iddia edir. Bu mənbə Kimmixin hələ ki qarşı tərəfə cavab vermədiyini də xəbər verib.

Coşua “Bavariya” rəhbərliyinin yeni müqavilə təklifini geri çevirib. O, yayda komandanı azad agent kimi tərk etmək hüququna malikdi.

Chosen
28
football-plus.az

1Sources