EN

Bakıda ərinə balta ilə xəsarət yetirən qadının cəzası 3 il azaldılıb

Bakı. Trend:

Həyat yoldaşını baltalayaraq öldürməyə cəhd etməkdətəqsirləndirilən Lalə İmaşova barəsində olan hökmdən verdiyikassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Trend xəbərverir ki, Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi iləkeçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin cəzası 7 ildən 4 iləendirilib.

Xatırladaq ki, hadisə 2023-cü ilin yanvar ayında Qaradağrayonunda baş verib.

İttihama görə, Lalə İmaşova əri Ceyhun İmaşovla mübahisə edib.Daha sonra qadın baltanın kəsici hissəsi ilə ərinin baş nahiyəsininarxa hissəsindən iki dəfə zərbə vurub. Nəticədə Ceyhun İmaşov ağırxəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəlisürülüb.

Məqalədə:
Chosen
14
az.trend.az

1Sources