EN

Bakıda “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunacaq

Paytaxtda “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunacaq

8-19 mart tarixlərində Bakıda “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunacaq.

Operativ Media Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, 12 gün fasiləsiz davam edəcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatını yerli və sağlam məhsullarla təmin etmək, fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada ümumilikdə 20-dən artıq regiondan 55-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər 150-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Chosen
111
2
operativmedia.az

10Sources