EN

9 bələdiyyədə terror istintaqı: Sədr müavinlərinə 15 il həbs cəzası istənildi

İstanbulda 9 bələdiyyəyə qarşı hazırlanan iddianamə məhkəmə tərəfindən qəbul edilib. CHP-nin Kartal və Ataşehir bələdiyyə sədr müavinlərinin də olduğu 10 şübhəli üçün 15 ilə qədər həbs istənilir.

Publika.az xəbər verir ki, İstanbul Prokurorluğu 9 ayrı bələdiyyə ilə bağlı araşdırmasını tamamlayıb.

Məhkəmənin qəbul etdiyi iddianamədə CHP Kartal bələdiyyə sədrinin müavini Cemalettin Yüksel və Ataşehir bələdiyyə sədrinin müavini Livan Gürü 7,5 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

Onlar PKK terror təşkilatının üzvü olmaqda ittiham olunurlar. Ötən ay Üsküdar, Sancaktəpə, Fatih, Tuzla, Adalar, Şişli və Beyoğlunun iki bələdiyyə sədrinin müavini və bələdiyyə məclis üzvləri də həbs edilib.

Həbs edilən digər şübhəlinin Beyoğlu bələdiyyəsi ilə əlaqəsi olduğu iddia edilib. Onlara 15 ilə qədər həbs cəzası da istənilib.

Prokurorluğun iddiasına görə, şübhəlilər PKK terror təşkilatı üzvlərini rayon bələdiyyə məclisi və böyük şəhər bələdiyyə məclisi üzvlüyünə yerləşdiriblər.

Chosen
17
publika.az

1Sources