EN

Yaponiya HDQ “Tayqey” sinifli 4-cü sualtı qayıqla güclənib

Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri “Rayqey” sualtı qayığını istismara verib.

Herbiand.az bildirir ki, bu, artıq Yaponiya donanması üçün tikilmiş “Tayqey” sinifli dördüncü dizel-elektrik sualtı qayıqdır.

“Rayqey” yapon dilində “ildırım balinası” deməkdir. Tikintisi təxminən 70,2 milyard yenə (470 milyon ABŞ dolları) başa gələn yeni sualtı qayıq 6000 at gücündə dizel-elektrik hərəkət sistemi ilə təchiz edilib. Maksimum sualtı sürəti 20 düyündür.

Sualtı qayıqların uzunluğu 84 metr, eni 9,1 metrdir. Ekipajın sayı 70 nəfərə yaxındır. İlk dəfə olaraq sualtı qayıqların göyərtəsində yalnız qadınlar üçün nəzərdə tutulmuş kupelər peyda olub.

Bəxtiyar CƏFƏRLİ



Chosen
73
herbiand.az

1Sources