EN

Metronun "28 May" stansiyasının qarşısında çökən yol ilə bağlı AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Nəsimi rayonu, Puşkin küçəsində, metronun "28 May" stansiyasının qarşısında yol çöküb.
Yeni təmir olunan yolun belə qısa müddətdə sıradan çıxması suallar doğurub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Oxu.Az-a bildirib ki, asfalt örtüyü vurulanda dərinlikdə problem olmayıb:
"Asfalt örtüyünün niyə bu vəziyyətə gəldiyinin səbəbini isə araşdırırıq. Belə ki, biz yol çəkəndə 10 santimetr qalınlıqda asfalt örtüyü çəkmişdik. Asfaltın alt qatı da bundan sonra çöküb. Yəni biz işləyən vaxt olmayıb. Hazırda torpaq 60 santimetr dərinlikdə qazılır, yerinə çınqıl tökülür, daha sonra yenə 10 sm qalınlıqda asfalt örtüyü çəkiləcək ki, problem yenidən yaşanmasın".
Mərahim Nəsib
Chosen
19
50
oxu.az

10Sources