EN

“Biletim.az” portalından Naxçıvandan Bakıya da onlayn bilet almaq mümkün oldu

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindənxidmətlərin elektronlaşdırılması istiqamətində aparılan işlərçərçivəsində “biletim.az” portalına Bakı-Naxçıvan-Bakı istiqamətiüzrə Naxçıvan-Bakı reysləri də əlavə edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü NəqliyyatAgentliyindən (AYNA) məlumat verilib.

Bu gündən sərnişinlər Naxçıvandan Bakıya onlayn bilet alabilərlər. İstiqamət üzrə aralıq məntəqəsi olaraq Culfa və Naxçıvanşəhərləri təyin edilib.

Qeyd edək ki, Bakıdan Naxçıvana “biletim.az” portalı üzərindənonlayn bilet satışı 19 dekabr 2023-cü il tarixindən başlanılıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hərgün reallaşır. Gün ərzində tələbatdan asılı olaraq 4-6 reys həyatakeçirilir. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir.Biletlərin qiyməti 30 AZN təşkil edir.

“Biletim.az” portalı vaxta qənaət, müştəri məmnuniyyətinin təminedilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılmasıbaxımından bir sıra üstünlüklərə malikdir.

Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxilolmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim”mobil tətbiqini “App Store”və “GooglePlay”dən yükləmək mümkündür.

Məqalədə:
Chosen
46
18
az.trend.az

10Sources