EN

ECB faiz dərəcələrini 25 baza bəndi azaltdı

Avropa Mərkəzi Bankı (ECB) üç əsas faiz dərəcəsinin hər birini 25 baza bəndi azaldıb.

Publika.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin məlumatında bildirilib.

Depozitlər üzrə faiz dərəcəsi indi 2,5 %, əsas yenidən maliyyələşdirmə əməliyyatları (main refinancing operations, MRO) üzrə faiz dərəcəsi 2,65 %, marjinal kreditlər üzrə faiz dərəcəsi isə 2,9 % təşkil edir.

Chosen
51
3
publika.az

4Sources