EN

Tovuzda körpə qeysəriyyə əməliyyatından sonra ölüb – YENİLƏNİB

Tovuzda körpə qeysəriyyə əməliyyatından sonra ölüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBIB-dən verilən məlumatda bildirilib.

Məlumata görə, martın 4-də saat 17:30 radələrində Gədəbəy rayon sakini 23 yaşlı hamilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Qeysəriyyə üsulu ilə cinsi kişi, çəkisi 3500 qram, boyu 50 sm olan körpə doğulub: “Uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib. Göstərilən bütün zəruri tibbi xidmətlərə baxmayaraq, 5 mart saat 13:30 radələrində körpənin ölüm faktı qeydə alınıb”.

 

***

17.18

Tovuzda doğuşda körpə ölümü baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb. Rayonun Yanıqlı kəndində yaşayan 23 yaşlı Səmayə Abbasova 41-42 həftəlik hamiləliklə doğum şöbəsinə yerlədirilib. Körpə doğuşda ölüb.

Körpənin doğuş zamanı boğulmadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
9
7
nocomment.az

10Sources