Culfada piyadanı avtomobil vuraraq öldürüb.
Leqal.info xəbər verir ki, Ordubad rayon sakini 1993-cü il təvəllüdlü Tərxan Rzayev idarə etdiyi "Niva" markalı avtomobillə Culfa rayon sakini, 1963-cü il təvəllüdlü Malik Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
M.Əliyevin Naxçıvan Yol Təmir Tikinti MMC-nin Culfa sahəsinin əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info