EN

Gəncədə yanğın söndürüldü

Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasındakı yanğının qarşısı alınıb.


News365.az xəbər verir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.


Yanğın nəticəsində 1 nəfər - 1974-cü il təvəllüdlü L.Muradova yanıq xəsarəti alıb. Zərərçəkən xəstəxanaya aparılıb.


Yanğının səbəbləri və digər məsələlər araşdırılır.

Chosen
15
news365.az

1Sources