EN

Samir Abasov gənc hücumçusunu niyə “sındırır”? - VİDEO

"Premyer Liqada 25-ci turda maraqlı qarşılaşmalar izlədik.

Xüsusilə avrokuboklar üçün gərgin mübarizənin şahidi olduq.

"Zirə" yüksəlişini Tovuzda davam etdirdi. Kurban Berdiyev isə komandasını yalnız izləməklə qaldı.

Müdaxilələrin heç biri nəticə vermədi. Oyun və sürət olaraq rəqibdən geri qaldı.

"Neftçi" isə yenə Premyer Liqada xallar itirdi. Komanda özünü heç cür Premyer Liqaya kökləyə bilmir".

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist "Sabah" -"Araz Naxçıvan" qarşılaşmasında (2:2) cərəyan edən hadisələrə münasibət bildirib.

"Sumqayıt"ın 11 matçdır qol vurmamasına toxunan E.Cəfərov burada baş məşqçi faktorunun deyil, oyunçu keyfiyyətində problemlər olduğunu diqqətə çatdırıb.

O, həmçinin “Neftçi”nin baş məşqçişi Samir Abasovun komandasının hücumçusu Ağadadaş Salyanskiyə yönəlik tənqidlərinə də sərt reaksiya verib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Chosen
78
1
sportinfo.az

10Sources