EN

Putin ABŞ-yə yeni səfir təyin etdi

Rusiya Prezidenti Vladimir Putin ABŞ-yə yeni səfir təyin edib.

Gundem.az RBC.ru-ya istinadən xəbər verir ki, Putin bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, bu vəzifəni Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyev icra edəcək.

Qeyd edək ki, Rusiyanın ABŞ-dəki əvvəlki səfiri Anatoli Antonov Vaşinqtondakı missiyasını 2024-cü ilin oktyabrında başa vurub.

 

Chosen
132
5
gundem.az

10Sources