EN

Çin milli müdafiə xərclərini 7,2 faiz artıracaq

Çərşənbə günü Çin 2025-ci ildə milli müdafiə xərclərini 7,2 faiz artıraraq 1,784665 trilyon yuana (təxminən 249 milyard dollar) çatdıracağını açıqlayıb.

Bu barədə XIV MM-in (Milli Xalq Nümayəndələri Yığıncağının) 3-cü sessiyasının müzakirəsinə təqdim edilən 2024-cü il üzrə mərkəzi və yerli büdcələrin icrası haqqında hesabatda, 2025-ci il üçün mərkəzi və yerli büdcələrin layihələrində deyilir.

Adambaşına hesablasaq, Çinin müdafiə xərcləri ABŞ-dan (təxminən 895 milyard dollar) çox azdır. Çin ABŞ-dan sonra dünyada ikinci ən böyük müdafiə büdcəsinə malikdir.

Büdcənin illik artım tempi 2023 və 2024-cü illərdə olduğu kimi eyni səviyyədə müəyyən edilib. Təhlilçilər qeyd edirlər ki, bu, Pekinin tənəzzülə uğrayan iqtisadiyyat fonunda hərbi gücünü artırmağa davam etmək əzmini nümayiş etdirir.

2049-cu ilə qədər Pekin “dünya səviyyəli ordu” yaratmağı planlaşdırır. Çin səlahiyyətliləri aqressiv niyyətlərinin olmadığını, lakin suverenliyin qorunmasına sərmayə qoyduqlarını bildirirlər.

Almaz Həsənli

Chosen
10
oxumeni.az

1Sources