EN

İğdır - Naxçıvan qaz kəmərinin ölkəmiz üçün əhəmiyyəti nə olacaq? - ŞƏRH

Bakı. Trend:

Dünən İğdır-Naxçıvan təbii qaz boru kəmərinin açılışı olub.Videobağlantı formatda açılışda Prezident İlham Əliyev və TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

İğdır- Naxçıvan qaz kəmərinin ölkəmiz üçünəhəmiyyəti nələr olacaq?

İğdır-Naxçıvan qaz kəməri, Azərbaycanın enerji siyasətində mühümrol oynayacaq və regionda enerji təhlükəsizliyinin təmin olunmasınatöhfə verəcəkdir. Qaz kəməri Azərbaycanın enerji şəbəkəsinigücləndirərək, ölkənin qaz təminatını daha da şaxələndirəcək. Bukəmər, Azərbaycanın Naxçıvan Muxtar Respublikasını dayanıqlı vəetibarlı qaz təchizatı ilə təmin edəcək.

Bu layihə, Azərbaycan ilə Türkiyə arasında enerji sahəsindəəməkdaşlığın möhkəmlənməsinə səbəb olacaq və iki bölgə arasındaticarət və iqtisadi əlaqələri daha da gücləndirəcək. Həmçinin,Naxçıvanla əlaqəli digər regional ölkələrə qaz ixracının mümkünlüyübu layihə ilə artacaq.

Mövzu ilə bağlı Trend-ə açıqlamasında enerji məsələləri üzrəekspert İlham Şaban bildirib ki, İğdır- Naxçıvan qaz kəməri ölkəmizüçün çox əhəmiyyətlidir.

"Kəmərin əsas məqsədi Naxçıvanın enerji təminatının stabilliyinənail olmaqdır. 20 il əvvəl 2005-ci ilin noyabırından Naxçıvanın qaztəminatı İran üzərindən svop layihələri vasitəsiylə həyatakeçirilirdi. Bu günə qədər Muxtar Respublikanın qaz təminatı bumarşruta bağlıdır. Hansısa fors-major halları olduqda Naxçıvanınqaz təminatında stabillik yoxdur. Bu baxımdan alternativ marşrutunərsəyə gəlməsi Naxçıvanın qaz təhlükəsizliyini artırılmasıdeməkdir. Bunun nəticəsində artıq Naxçıvanda müstəqillik illərindəözünün enerji təminatını yüksək səviyəyə qaldırmış olur", -iqtisadçı əlavə edib.

Ekspert qeyd edib ki, Azərbaycan Naxçıvanın qazla təminatınagörə İrana yüksək məbləğdə pul ödəyir.

"Hər iki ölkə arasındakı görüşlərdə Azərbaycan bu məsələniqaldırsa da, İran məbləği azaltmırdı. İran bilirdi ki, alternativiyoxdu və bundan istifadə edirdi. Hazırda alternativin yaranmasıİranın mövqelərinin yumşalmasına gətirib çıxaracaq. Bu kəmər enerjisahəsində rəqabəti gücləndirəcək", - deyə o vurğulayıb.

Chosen
55
az.trend.az

1Sources