“Zirə” məşqçi Ağabala Ramazanovla müqavilə imzalayıb.
Sportinfo.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilir.
Bundan sonra Ağabala Ramazanov əsas komandanın məşqçilər korpusunda yer alacaq.
UEFA B kateqoriyalı məşqçi bunadək məşqçi kimi “Zirə” PFK-nın akademiyasında çalışıb.
O, həmçinin 2020-22-ci illər aralığında “Zirə” PFK-da futbolçu kimi çıxış edib və komandanın kapitanı olub.