EN

Maştağada ağır yol qəzası baş verdi – FOTO

Sabunçu rayonunun Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, 99-TU-116 dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtomobil 90-KC-775 nömrəli Mercedes A-Class markalı maşına çırpılıb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib, bir nəfərin burnu sınıb. Yaralılardan biri xəstəxanaya aparılıb. Hadisənin səbəbləri araşdırılır.

Rəfi Müslümov

Chosen
13
yenicag.az

1Sources