EN

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Gəncə şəhəri ərazisində kommunal tipli yaşayış binasında yanğın baş verib.

Xezerxeber.az-ın məlumatına görə, yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 5 yanğınsöndürən maşını və 30 nəfər canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində bir saat ərzində yanğının məhdudlaşdırılması, yarım saat sonra isə tam söndrürlməsi mümkün olub. Hadisə zamanı 2 nəfər yüngül yanıq xəsarətləri alıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
12
xezerxeber.az

1Sources