EN

Ağdamdakı qəzada xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI

Bakı. Trend

Ağdam-Füzuli yolunda baş verən yol-nəqliyyat hadisəsinəticəsində 1996-cı il təvəllüdlü şəxs (kişi cinsli) 06.03.2025-ciil tarixində saat 19:30 radələrində Bərdə Rayon MərkəziXəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiyaolunub.

Bu barədə TƏBİB-dən Trend-in sorğusuna cavab olaraqbildirilib.

Dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsininküt travması, qarnın küt travması, sol ayağın dördüncü barmağınınəsas falanqasının yerdəyişmiş sınığı diaqnozları təyin edilən şəxsəzəruri tibbi yardımlar göstərilib. Hazırda müvafiq şöbədə müalicəsidavam etdirilir, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarıqəzaya düşüblər. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolkənarına aşıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarətalıb.

Chosen
48
7
az.trend.az

8Sources