EN

FIFA 2030 Dünya Çempionatının iştirakçı sayını 48-dən 64-ə yüksəltməyi nəzərdən keçirir

FİFA 2030-cu il Dünya Çempionatının 100-cü ildönümünü qeyd etmək üçün 48 komandadan 64 komandaya qədər genişləndirilməsi imkanını müzakirə edir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Athletic” məlumat yayıb.

Mənbənin sözlərinə görə, oxşar ideyanı 1930-cu ildə ilk dünya çempionatının keçirildiyi ölkə Uruqvaydan olan nümayəndə təklif edib.

FİFA prezidenti Canni İnfantinonun bu təşəbbüsün təhlil tələb etdiyini bildirdiyi vurğulanır. Lakin təşkilatın idarə heyətinin digər üzvlərinin belə bir ideyadan imtina etməsi ehtimalı yüksəkdir.

2026-cı ildə dünya çempionatı Şimali Amerikada keçiriləcək və iştirakçıların sayı 48 milli komandaya çatdırılacaq.

Chosen
36
90deqiqe.az

1Sources