EN

Kürdüstan Fəhlə Partiyasının atəşkəs elanından sonra Türkiyə qüvvələri İraq və Suriyada 26 kürd yaraqlısını məhv edib » AzadMedia.az


“Al Arabiya” Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, həbsdə olan Kürdüstan Fəhlə Partiyasının lideri Abdullah Öcalanın tərksilah çağırışından sonra Türkiyə qüvvələri həftə ərzində İraq və Suriyada 26 kürd yaraqlısını məhv edib.

Ötən həftə Öcalan Kürdüstan Fəhlə Partiyasını (PKK) silahlarını yerə qoymağa və dağılmağa çağırıb və şənbə günü qrup dərhal atəşkəs elan edib.

“Türkiyə Silahlı Qüvvələri ölkəmizin yaşaması və təhlükəsizliyi üçün bölgədə əməliyyat və axtarış-kəşfiyyat fəaliyyətlərini davam etdirəcək”, - Müdafiə Nazirliyinin sözçüsü həftəlik mətbuat konfransında bildirib. “(Onlar) bir nəfər də olsun terrorçu qalmayana qədər terrorla mübarizəni qətiyyətlə davam etdirəcəklər”.

Departamentin sözçüsü Zeki Aktürk bildirib ki, İraq və Suriyada PKK yaraqlıları “zərərsizləşdirilib”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü bildirib ki, qruplaşmanın tərksilah prosesi ləngisə və ya verilən vədlər yerinə yetirilməsə, Türkiyə PKK-ya qarşı əməliyyatları davam etdirəcək. Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib ki, ABŞ-ın müttəfiqi Suriya Demokratik Qüvvələri (SDQ) daxil olmaqla, İraq və Suriyadakı bütün kürd yaraqlılar silahlarını yerə qoymalıdır.
Chosen
37
1
azadmedia.az

2Sources