Ukrayna ilə təhlükəsizlik müqaviləsi olan səhifə Ağ Evin saytından silinib.
Ağ Evin saytında artıq Ukrayna ilə təhlükəsizlik müqaviləsi olan səhifə göstərilmir. Bu barədə “Strana.ua” nəşri öz Telegram kanalında məlumat yayıb.
Səhifəyə keçməyə çalışarkən "xəta 404" mesajı göstərilir. Sənədin ləğvi ilə bağlı rəsmi məlumat yox idi.
Ukrayna ilə 10 il müddətinə qüvvədə olan müqaviləni ABŞ-ın keçmiş prezidenti Co Bayden 2024-cü ilin yayında imzalayıb. Sənəddə bildirilir ki, ABŞ on il ərzində Ukrayna tərəfini hərbi məhsullar və kəşfiyyat məlumatları ilə təmin edəcək, həmçinin Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçəcək və respublikanın hərbi-sənaye kompleksini inkişaf etdirəcək.
Martın 4-də Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını rəsmən təsdiqləyib. Bu qərar fevralın 28-də Ağ Evin Oval kabinetində ABŞ prezidenti Donald Trampla Zelenski arasında baş verən davadan sonra verilib. Kiyevin Rusiya ilə sülh danışıqlarına hazır olduğunu nümayiş etdirməyincə ABŞ-ın Ukraynaya kömək etməyəcəyi gözlənilir. Həmin vaxta qədər ABŞ Polşadan tranzit keçən silahlar da daxil olmaqla, bütün hərbi yardımların çatdırılmasını dayandıracaq.
Bundan başqa, ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırıb.