Â
Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın müsadirə edilmiş əmlakları satışa çıxarılıb.
Â
Pravda.az BBC-yə istinadla xəbər verir ki, söhbət iki əmlakdan - Berkşirdəki qolf klubu və Naytsbricdəki evdən gedir.
Â
Onlar ümumilikdə 19.5 milyon funt-sterlinq məbləğində satışa çıxarılıb. Satışa çıxarılan evə 14.75 milyon funt-sterlinq həcmində məbləğ qoyulub.
Â
1990-cı illərin əvvəlində inşa edilmiş qolf klubu isə 4.25 milyon funt-sterlinqə satışa çıxarılıb.
Â
Xatırladaq ki, Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) nümayəndəsi keçən il bildirib ki, qolf klubu və ev satıldıqdan sonra gəlirin 70 faizi hökumətdə qalacaq, 30 faizi Z.Hacıyevaya qaytarılacaq.
Â