Goranboyda 16 yaşlı qız dəm qazından zəhərlənib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Əhmədbəyli kəndində baş verib. 2009-cu il təvəllüdlü rayon sakini Qasımova Fidan Ramil qızı yaşadığı evdə dəm qazından zəhərlənərək xəstəxanalıq olub. Həkimlərin çevik müdaxiləsi sayəsində zəhərlənən qızın durumu stabilləşib.
Faktla bağlı araşdırma aparılır. (Unikal)